Xəzər Xəbər

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - VİDEO

Veb TV | 19:29 • 3 May 2019
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb -

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sonuncu günü uğurla başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, Forumun ikinci günü "Gənclər və mədəniyyətlərarası liderlik" mövzusunun müzakirəsi ilə başlayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, artıq erməni lobbisi də Ermənistanın gələcəyinə inanmır. Ermənistanda yoxsulluq səviyyəsi 40 faizə bərabərdir. 

BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə təşkil olunmuş bu sessiyada çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada gənclərin qarşılaşdığı problemlərdən və onların həll yollarından danışıb.

Sessiya boyunca fəal gənclər dünyanın müxtəlif problemli nöqtələrində təhsil, mədəniyyət və idmanla bağlı təşkil edilən layihələrdən danışıb, ehtiyacalarını dilə gətiriblər.

Sessiyada çıxış edən UNESCO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif isə münaqişələrin tənzimlənməsində BMT-nin rolundan və 70 ildən çoxdur ki, sülhün BMT-nin hərəkətverici qüvvəsi olduğunu bildirib.

Forum çərçivəsində keçirilən ''Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək '' mövzusunda keçirilən sessiyada Azərbaycandakı multikultural və tolerant mühitdən nümunələr göstərilib və bunun əldə edilməsi üsullarından danışılıb.

Günün sonunda isə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Forumun bağlanış mərasimi keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti