Xəzər Xəbər

İnsan alverinə qarşı mübarizə gücləndirilib - VİDEO

Veb TV | 20:26 • 3 May 2019
İnsan alverinə qarşı mübarizə gücləndirilib -

''Azərbaycanda insan alverinə qarşı mübarizə ildən-ilə gücləndirilir və bu müsbət nəticələr verməkdədir''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov illik hesabatı təqdim edərkən deyib.

Vilayət Eyvazov insan alveri cinayəti və uşaq əməyinin istismarına qarşı tədbirlərin tam gücü ilə davam etdiyini vurğulayıb.

O bildirib ki, ötən il respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib. Aparılan araşdırmalarla 16 qurbandan 15-nin ölkə xaricində, birinin respublikada tikinti sahəsində istismar edildiyi məlum olub. Onun sözlərinə görə, aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb.

Hesabatın təqdimatından sonra müzakirələrə start verilib. Uşaq əməyinin istismarından danışan millət vəkili Fazil Mustafa ailə himayəsindən məhrum olan usaqlara qayğı göstərilməsi üçün Aliment fondunun yaradılmasını təklif edib.

Fazil Mustafa uşaqpulunun bərpa edilməsini də təklif edib. Qeyd edib ki, təklif minimum 6 yaşadək usaqlara aid olmalıdır.

Millət vəkili Aqil Abbas orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsini qaldırıb. Deputat deyib ki, çantaların ağır olmasi səbəbindən uşaqların onurğa sistemində problemlər yaranır.

Plenar iclasda ümumilikdə 22 məsələ müzakirəyə çıxarılıb. Təqdim edilən qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar