Xəzər Xəbər

Prezident İlham Əliyev Çinə işgüzar səfərdədir VİDEO

Veb TV | 20:58 • 24 Aprel 2019
Prezident İlham Əliyev Çinə işgüzar səfərdədir

Çin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevlə görüşündə belə deyib. Dövlət başçıları Çinin "Bir kəmər, bir yol təşəbbüsünün əhəmiyyətini vurğulayıb və əməkdaşlıq məsələlərini müzakirə ediblər. Prezident Çin liderini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb . Dövlət başçıları birgə foto çəkdiriblər. Çin xalq respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevin Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmər, bir yol" təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetiridiyini bildirib. O, Azərbaycan Prezidenti Çin xalqının dostu adlandırıb və əlavə edib ki, Çin Azərbaycanla sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazırdır.

Çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Biz "Bir kəmər, bir yol" Forumunda iştirak etməyə dəvət olunmasını yüksək qiymətləndirir. Dövlət başçısı bildirib ki, Azərbaycan və Çin birgə səylərlə əməkdaşlığı , bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edir. Azərbaycan Prezidenti ''1 kəmər 1 yol'' Forumunun keçirilməsinin əhəmiyyətinə də toxunub. .

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirib. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayib. Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın "Vahid Çin" siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğulayıb. Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar