Daşıdığı yükün üzərindən çıxan toz-duman ətrafa yayılır. Bu da yolda olan digər sürücülər üçün təhlükə törədir.
Görüntülər Abşeron rayonu Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən alternativ yolda çəkilib.
"Xəzər xəbər"in votsap nömrəsinə göndərilən görüntüdə 99 JF 975 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsünün yüklərin daşınması qaydalarını kobud şəkildə pozması əks olunub. Sürücü daşıdığı mişar daşı qırıntılarının üzərini bağlamadığı üçün yükdan çıxan toz-duman ətrafa yayılıb. Yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri isə bundan əziyyət çəkməli olublar.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirdi ki, həmin yük avtomobilinin sürücüsü yükdaşıma qaydalarının pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmalıdır.
Yükün bu formada daşınması başqa problemlərin də yaşanmasına səbəb ola bilər.
Ekspert yol polisinin bu cür sürücülərə qarşı sərt cəza tədbirinin görülməsinin vacib olduğunu qeyd etdi.