Xəzər Xəbər

Azad Rəhimov açıqladı - Yollar nə vaxt açılacaq? - VİDEO

Veb TV | 18:49 • 24 Aprel 2019
Azad Rəhimov açıqladı -

''Bakıda keçilrən ''Formula'' 1 yarışı ''SOCAR Azərbaycan qran-pri 2019'' adlanacaq. Buna səbəb Dövlət Neft şirkətinin bu ildən baş sponsor olmasıdır''.Bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərLə görüşdə bilidirib və yarışların keçirlməsi üçünişlərin yekunalşdığını deyib. Nazir bütün işlərin Azərbaycan şirkətləri tərəfindən icra edildiyini və heç bir nöqsanın olmadığını vurğulayıb.

Bu il yarışın 2 ci günündə Sam Simith adlı müğəninin konsert verəcəyi planlaşdırılsa da o xəstələndiyindən onu Jeysika Jey əvəz edəcək. 3 gün isə Cardi B -nin konserti planlaşdırlır. Azad Rəhimov müqaviləyə əsasən ''Formula 1'' üçün çəkilən xərclərin açıqlanmasının qadağan oldunduğunu bildirib və 2017 ci ilin gəlirləri barədə bəzi məlumatları açıqlayıb.

Nazir biletlərin böyük hissəsinin artıq satıldığını da bildirib və bu il ölkəmizə daha çox turistin gələcəyini əlavə edib. Ən çox maraq isə Rusiya, Böyük Britaniya, Monako kimi ölkələrdən olub.

Azad Rəhimov yarışdan sonra yolların açılacağı tarixidə açıqlayıb.

Azad Rəhimov növbəti ildən yarışların İyun ayında keçiriləcəyini və Bakıdakı yarışların finalının 28 İyuna təsadüf edəcəyini bildirib. Qeyd edək kiformula bir yarışları daha 3 il yəni 2023-cü ilə qədər ölkəmizdə keçiriləcək.

Xəbər lenti