Ağcabədi sakini dəm qazından boğulub.
Hadisə Ağcabədi rayonunun Kəbirli kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.