Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-li millət vəkili Cemal Enginyutr Qazaxıstanın cənubunda yerləşən Tanrı Dağında olarkən boz qurd kimi ulayıb.
Türkiyəli deputat bir gün Tanrı Dağına çıxmağı və ulamağı əhd etdiyini və əhdini gerçəkləşdirdiyini açıqlayıb.
Onun ulamasının MHP lideri Dövlət Baxçalını əsəbiləşdirəcəyi deyilsə də, millətçilərin lideri millət vəkilini müdafiə edib.
"Cemal bəyin olduğu yerdə siz də olsaydınız? bozqurd kimi ulayardınız”, - Baxçalı jurnalistlərə bildirib./publika.az