Fransanın Versal şəhərində eyniadlı saray-park ansamblının yaxınlığında güclü yanğın başlayıb. Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər veirr ki, bu barədə sosial şəbəkələrdə hadisə şahidləri yazıblar.
Məlumata görə, yanğın Rü dü Parkda avtomobil anbarında başlayıb. Hadisə yerinə yaxın küçələrdə hərəkət məhdudlaşdırılıb, 26 yanğınsöndürən maşın alovun öhdəsindən gəlməyə çalışır. Bildirildiyinə görə, xəsarət alan yoxdur.
1666-cı ildən 1789-cu ilə qədər fransız monarxlarının rəsmi iqamətgahı olmuş saraya heç bir təhlükə yoxdur. 1979-cu ildən etibarən bu saray-park kompleksi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilib.
Xatırladaq ki, aprelin 15-də Parisdə Notr-Dam kilsəsi yanmışdı. Alov kilsənin böyük hissəsini tanınmaz hala salıb.