Ölkəmizin elektrik enerjisinə olan tələbinin 43 %-ni qarşılayan və Mingəçevirdə yerləşən "Azərbaycan " istilik elektrik stansiyası yenidən qurulur. Ötən il baş verən qəzadan sonra yaranan fəsadlar aradan qaldırılır və burada ən müasir təhlükəsizlik və idarəetmə sistemi təşkil edilir. İşlər bitdikdə cənubi qafqazın ən böyük elektrik stansiyasının hazırkı istehsal gücü də artacaq.
Ötən iliyul da baş verən qəza nəticəsində ölkənin enerji sisteminin çökməsinə səbəb olan Cənubi qafqazın ən böyük elektrik stansiyası yenidən qurulur. Mingəçevirdə yerləşən ''Azərbaycan '' İstilik Elektrik Stansiyası bu işlərdən sonra ən müasir sistemlə işləyəcək.
Artıq stansiyada6 saylı enerji bloku yenidən qurulub ilə 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 7 saylı enerji blokunun gücü 250 meqavatdan 310 meqavata çatdırılıb. Bundan başqa digər zədələnmiş qurğular da bərpa edilib.Burada unikallığı ilə seçiləcək ''Baş İdarəetmə mərkəzi'' də qurulur.
Hazırda Azərbaycanın enerjiyə olan tələbinin 43 %-ni qarşılayan bu mərkəzdə müasir təhlükəsizlik sistemi də olacaq. Burada turbinlərin , generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasınıntamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub.
İşlər başa çatdıqdan sonra stansiyanın hazırki gücü 380 meqavat artırılaraq 2000 meqavata çatdırılması nəzərdə tulur. Reabilitasiya proqramına əsasən işlərin isə 2020 ci il ərzində başa çatdırılması nəzərdə tutulur.