Mingəçevirdə yaşayan Cavid Əlizadə Amerika Birləşmiş Ştatlarının Lafayette Kollecindən yüksək təqüd təklifi alıb. Ona nə az, nə çox, 74 min dollar təqaüd təklif edilib. Cavid isə seçim etməkdə tələsmədiyini deyir.
Azərbaycanlı gəncə 74 min dollar təqaüd təklif edildi…
Söhbət Mingəçevirdə yaşayan 19 yaşlı Cavid Əlizadədən gedir. O, Mingəçevirdə doğulub boya-başa çatıb və 9-cu sinfə kimi burada təhsil alıb. Sonra isə valideynlərinin dəstəyi ilə Böyük Britaniyaya üz tutub və üç il ərzində təhsilini orada davam etdirib. Cavid deyir ki, uşaqlıqdan onda xaricdə təhsil almağa böyük həvəs yaranıb. Həm kitablardan, həm də internet vasitəsilə xarici alimlərin işləri ilə tanış olub.
Cavid Əlizadə ötən il dekabrın 1-də keçirilən SAT imtahanında maksimum 1600 baldan 1550 bal toplayıb. Sonra isə imtahan nəticələrini xarici təhsil müəssisələrinə göndərərək nəticəni gözləyib. İndiyədək bir neçə tanınmış xarici universitet və kolleclərdən yüksək tüqaüd təklifi alıb. Ən yüksək təklif isə Amerika Birləşmiş Ştatlarının Lafayette Kollecindən gəlib.
Cavid yüksək təqaüd təkliflərinə baxmayaraq seçim etməkdə tələsmədiyini deyir.
Cavid Əlizadə xarici ölkələrdə keçirilən bir neçə olimpiadada qızıl medal və digər yüksək mükafatlar da alıb.