Xəzər Xəbər

İqlim fəlakəti sürətlənib: Buzlaqların ərimə sürətində artım qeydə alınıb - VİDEO

Veb TV | 17:42 • 23 Aprel 2019
İqlim fəlakəti sürətlənib:

Alimlərdən ibarət beynəlxalq qrup Qrenlandiyadakı buzların ərimə sürətini hesablayıb və bunu 1972-ci ildən bəri itkilərə nəzər yetirməklə qiymətləndirib. Son onilliklərdə qlobal iqlim dəyişikliyinə görə buzlaqların əriməsi çox sürətlənib.

Tədqiqatçılara araşdırmaq üçün "Landsat” peykindən çəkilən fotolar kömək edib. Buzlaqların hündürlüyü, ağırlıq qüvvəsi, kütlə balansı haqqında informasiyalar əldə olunub. Məlum olub ki, 70-ci illərdə Qrenlandiyada ildə 47 giqaton buz əriyirdisə, 2000-ci illərdən sonra miqdar xeyli artıb. Bu rəqəm 187 giqatona çatıb.

İndi orada buzlar 50 il əvvəlki ilə müqayisədə 6 dəfə sürətlə əriyir. Qrenlandiya buzlarının əriməsinə görə dəniz səviyyəsi 13,7 millimetr yüksəlib./Bizimyol.info

Xəbər lenti

Çox oxunanlar