"Mavi ev” (La Maison Bleue) adlanan kottecdə 6 nəfər gecələyə bilər. Evin indiki sahibi qiymətin baha olmadığını deyir. Çünki Monenin burada yaşadığı XX əsrin əvvəllərindən fərqli olaraq, indi internet var. Üstəlik, avtomobil üçün park yeri, televizor, fen və paltaryuyan maşın müştərilərin ixtiyarında olacaq.
Ev Jiverninin mənzərəli yerində yerləşir. Kottecin 1500 kvadratmetr ərazisində böyük bağ salınıb. Yaxınlıqda restoranlar, muzeylər görünür. Ev balaca deyil, 200 kvadratmetr sahəsi var. 2016-cı ildə təmir olunub, müasir, eyni zamanda antikvar mebel gətirilib.
Mone impressionizmin ən parlaq nümayəndələrindən sayılır. Rəssamın əsərlərindən biri bu il 27,5 milyon funt sterlinqə (təxminən 35,8 milyon dollar) satılmışdı./bizimyol