Xəzər Xəbər

Azərbaycana turist axını başladı VİDEO

Veb TV | 20:30 • 22 Aprel 2019
Azərbaycana turist axını başladı

Bakıda məşhur otellərin əksəriyyətində artıq boş yer qalmayıb. Formula 1 yarışı ilə əlaqədar bir çox otelin prezident nömrələrinin hamısı tutulub. Tələbin çox olması qiymətlərə də təsirsiz ötüşməyib. Əvvəlki aylarla nisbətdə qiymətlərdə artım müşahidə edilir.

Bakıda keçirilən Formula 1 yarışları ilə bağlı paytaxta gələn turistlərin sayında ciddi artım var.

Turistlərin sayının artması otellərdə daha çox müşahidə edilir. Bəzi otellərdəki nömrələrin hamısı tutulub, bəzilərində isə demək olar ki, bir neçə boş nömrə qalıb.

Turizm mütəxəssisi Ruslan Quliyev bildirir ki, formula 1 yarışına gələn turistlər daha çox bu idman növünə maraq göstərənlərdir.

Ruslan Quliyevin sözlərinə görə turist axının çoxalması otellərdəki nömrələrin sayının da bahalaşmasına səbəb olur.Bu isə bir çox ölkələrdə beynəlxaql yarışlar zamanı müşahide edilən haldır.

Otellərdə ən bahalı nömrələri icarə edənlər isə formula 1 pilotlarıdır. Belə ki, paytaxtın ən bahalı otellərində prezident nömrələrinin hamısı tutulub. Bu nömrələrin qiymətləri isə 4-8 min manat arasında dəyişir.

Qeyd edək ki, formula 1 yarışı 26-28 aprel tarixləri arasında keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar