Piyada səkisi asfaltlanan zaman ağacın dibini də asfaltlayıblar. Nəticədə iri gövdəli yaşıl ağac quruma təhlükəsi ilə üz-üzə qalıb. Çünki, hər zaman suya ehtiyacı olan ağaclar su qəbul edə bilmir.
Piyada səkisi asfaltlanan zaman ağac nəzərə alınmayıb. Yaşıl ağacın gövdəsi tamamilə asfaltlanıb.
Görüntülər Yasamal rayonu, Hüseyn Cavid prospektindəndir. Prospektəki piyada səkisi asfaltlanan zaman bir neçə ağacın kökü də asfaltlanıb. Hər zaman suya ehtiyacı olan ağaclar su qəbul edə bilmir
Ağacın dibinin tamamilə asfaltlanması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirildi ki, həmin məsələdən xəbərdardılar. Ərazidə asfaltlanma işləri Yasamal rayon Mənzil komunal istismar sahəsi tərəfindən aparılıb. Artıq həmin quruma məlumat verilib və bu gün axşam saatlarında ağacın dibi asfaltdan təmizlənəcək.