Xəzər Xəbər

Kiçik yaşlarından pul yığır, misilsiz sərvəti var, amma milyonçu olmaq istəmir - VİDEO

Veb TV | 19:47 • 22 Aprel 2019
Kiçik yaşlarından pul yığır, misilsiz sərvəti var,

Qazax sakinin gözoxşayan kolleksiysında 1000-dən çox metal, 400-dən çox kağız pullar yer alır.

Rəşad Əhmədov 100-dən çox ölkənin pulunu 11 yaşından toplamağa başlayıb. O, bütün nominalları səliqə ilə bir neçə alboma düzüb. Kolleksiyada çoxluq təşkil edən SSRİ vaxtında dövriyyəyə buraxılanqəpik və kağız pullardır.

Dünyada az sayda olan 2 dollardan biri də məhz ondadır. Çar Rusiyasının dövründə buraxılan kağız pullarla bərabər dahi şairimiz Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunan metal qəpik, "QAZ" markalı avtomobilin buraxılış ilinə həsr olunan qəpiklər də var.

Kolleksiyaçı topladığı pulları müəyyən məbləğdə vəsait hesabına əldə edib. Bəzən xarici ölkələrə səfər edən dostları da ona bu işdə kömək edir. Kolleksiyasıçı topladığı pulları heç nəyə dəyişməyəcəyini və bundan sonra da yeni pullar axtarışında olacağını deyir. Ən böyük istəyi isə pullardan ibarət kiçik muzey açmaqdır.

Xəbər lenti