Xəzər Xəbər

“Oğurluq fikrim olsa aparıb satardım” – Bacısının malına göz dikən qardaş – VİDEO

Veb TV | 19:12 • 22 Aprel 2019
“Oğurluq fikrim olsa aparıb satardım”

Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Maraqlısı budur ki, oğurluq edən doğma bacısnın 2 baş iribuynuzlu heyvanına göz dikib.

Bacısının həyətinə giribheyvanları aparıb.

Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub.

Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb. O, dindirilmə zamanı əməlinietiraf edib .o,Hadisəni törətməsində səbəb kimi bacısının ona olan borcunun qaytarmamasını göstərib.

Onun oğurladığı heyvanlar sahibinə qaytarılıb. Dəyanət Qurbanovun digər oğurluq əməllərinin olub-olmaması araşdırılır.

Xəbər lenti