Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət sığınacaqlarının yaradılmasını təklif edir. Çünki, qeyri-dövlət yardım mərkəzləri bəzi hallarda öz fəaliyyətlərini davamlı olaraq təşkil edə bilmirlər. Əsas problem də onların maliyyələşdirilməsi ilə bağlı olur. Dövlət sığınacaqlarının isə belə bir problemi olmayacaq. Bu sığınacaqların daha bir üstünlüyü də orada peşəkar şəxslərin fəaliyyət göstərməsidir.
Ölkədə dövlət sığınacaqlarının yaradılması təklif edilir.
Bu təşəbbüslə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çıxış edib. Komitənin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyir ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 50-60 faizinin sığınacağa yerləşdirilməsinə ehtiyac yaranır. Onların sığınacaqda formalaşması və gələcəkdə cəmiyyətə inteqrasiyaları üçün müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Qanunvericilikdə də sığınacaqların yaradılması ilə bağlı müddəalar öz əksini tapıb.
Taliyə İbrahimovanın sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən sığınacaqların hamısı qeyri-hökumət təşkilatlarına məxsusdur. Qeyri-dövlət yardım mərkəzləri bəzi hallarda öz fəaliyyətlərini davamlı olaraq təşkil edə bilmirlər. Burada da əsas problem onların maliyyələşdirilməsi ilə bağlı olur. Dövlət sığınacaqlarının daha bir üstünlüyü isə orada peşəkar şəxslərin fəaliyyət göstərməsidir.
Dövlət yardım mərkəzlərinin yaradılması ilə bağlı aidiyyatı qurumlara vaxtaşırı təkliflər verilir.