UEFA Çempionlar Liqasında "Yuventus”a künc zərbəsindən qol vurmaqla "Ayaks”ın mərkəz müdafiəçisi Mateys de Lixt bir anda dünya mətbuatının diqqətinə düşdü.
Cəmi 19 yaşı olan de Lixt üç ildir, Amsterdam klubunun əsas heyət üzvüdür.
Üstəlik, bu gənc futbolçu kapitandır. Onun haqqında maraqlı faktlara nəzər salaq.
• 2016/2017 mövsümündə 16 yaşlı de Lixt "Ayaks”ın əsas heyətinə düşür. O, kolumbiyalı Davinson Sançesin "Totenhem"ə satılmasından sonra əsas heyətdə meydana çıxır. Debüt mövsümüde Lixt üçün uğurlu olur. "Ayaks” Avropa Liqasının finalına çıxır. O, həmin vaxt ən gənc oyunçu olur. 17 yaş285 günlüyündə final oynayan və ilk dəqiqədən meydana çıxan futbolçu təsəvvür edin.
Ötən ilin martında isə komandanın kapitanı Yoel Veltman zədələnir. Kapitanlıq sarğısı isə ona həvalə edilir. "Real”la görüşdə Çempionlar Liqasının (ÇL) pley-offunda oynamış ən gənc kapitanolaraq tarixə düşür. Əvvəl isə bu rekord "Arsenal”da oynadığı vaxt ispaniyalı Sesk Fabreqasa məxsus olub.
• De Lixt Hollandiyada təkcə oyunu ilə yox, ünsiyyətcil olması ilə də seçilir. Onun komanda yoldaşı Maks Vöber bu barədədeyir: "Mateys paltardəyişmə otağında fərqlilik edən biridir”. Onun sözlərinə görə, hər oyundan əvvəl de Lixt "Ayaks”ın bütün futbolçuları ilə söhbət edir və onların matça nə dərəcədə kökləndiyini yoxlayır.
90-cı illərin holland futbolunun ad çıxarmış futbolçuları da onu tərifləyir. "O elə oynayır ki, sanki artıq 6-7 ildir əsas komandadadır. O, öz yaşı üçün çox böyükdür. Onun bədəni 24 yaş tələblərinə cavab verir”, – deyə keçmiş qapıçı Edvin van der Sar deyir. "Onda hər şey var. O, arxa xətti, demək olar ki, komanda yoldaşlarının köməyi olmadan müdafiə edir. O, müdafiənin hər yerində var. Bununla yanaşı, obaşa düşür ki, rəqibi nə vaxt buraxmaq lazımdır”, – bu fikirlər isə Frank de Bura məxsusdur.
• De Lixtə əvvəl Hollandiya millisinin sabiq baş məşqçisi də inanıb. "Ayaks”da iki dəfə əsas heyətdə meydana çıxdıqdan sonra milliyə cəlb olunub. 25 mart 2017-ci ildə millidə debüt edib və Bolqarıstanla DÇ-2018-in seçmə qrupmatçında start heyətdə meydana çıxıb.
Ancaq onun debütü uğursuz alınır. Beşinci dəqiqədə o, cərimə meydançası daxilində mübarizəni uduzur, öz qapıçısı ilə toqquşur və sadəcə, bolqar Spas Delevin ilk qolu qapılarından necə keçirməsini müşahidə edir. 20-ci dəqiqədə isə Delev ikinci qolu vurur.
Fasilədə de Lixt əvəzlənir. Belə pis debütlər, adətən, sonrakı karyeraya təsir edir. Ancaq bunu de Lixt barədə demək olmaz. O, sonradan yığmanın açar oyunçusuna çevrilir və Vircil van Deyklə birgə müdafiənin mərkəzində əla tandem təşkil edir. Artıq 19 yaşında o, əsas millidə 15 matça çıxıb.
• "Financial Times” və ESPN-in köşə yazarı Saymon Kuper yazır ki, komanda yoldaşları onu zarafatyana "Yağlı” adlandırır. Holland jurnalist Henk Spaan isə yazır ki, Mateys səkkiz yaşadək tennisçi olmaq istəyib və futbola gəlişi də digərlərində olduğu kimi olub. "Abkaude” klubunda məşqlərə başladıqdan sonra "Ayaks” skautlarının diqqətini çəkib. Ancaq əvvəl onu klub akademiyasına qəbul etmək istəməyiblər. Çünki fiziki forması və sürəti yaxşı deyildi. Lakin onun atasını matçlardan birindən gördükdən sonra skautlar əmin olub ki, bu uşaq müdafiəçi üçün ideal fiziki göstəricilərə malikdir. Çünki onun atası da kök, əzələli olub və "Ayaks” skautları bunun genetik olduğunu düşünərək, fikirlərini dəyişiblər.
• "Bu, dəlilikdir, bu, normal deyil, mənim sözüm yoxdur. Biz "Real” və "Yuventus”u, iki iddialını məğlub etdik. "Ayaks” sonuncu dəfə yarımfinala çıxanda mən heç doğulmamışdım. Matçın gedişatında dəli olmuşdum, çünki şanslardan yararlana bilmirdik. Yoxsa biz daha böyük hesabla qalib gəlməli idik”, – deyə de Lixt başla "Yuventus”a vurduğu qoldan sonra deyib.
• De Lixtin tanınmış meneceri Mino Rayolaya görə, bu futbolçu yayda "Ayaks”dan Frenk de Yonqla birgə ayrılacaq. "De Telegraaf” nəşrinin yazdığına görə, artıq onun "Barselona”ya keçəcəyi dəqiqdir. Bundan başqa, onunla "Bayern” və "Yuventus” da maraqlanır. "Həqiqət budur ki, de Lixtin "Ayaks”da qalma şansı sıfıra bərabərdir”, – deyə bunu "Ayaks”ın baş məşqçisi Erik ten Haq deyib.
Hazırda valideynləri ilə yaşayan futbolçu seçim etməli olsa,"Barselona”nı seçəcək. Çünki o, mətbuataən sevimli komandası kimi Kataloniya təmsilçisinin adını çəkib. Üstəlik, bu klubun uruqvaylı hücumçusu Luis Suares hələ"Ayaks”da oynadığı vaxtlardan onun ən sevimli futbolçusudur.
Mateys hər iki ayağı ilə hücuma qoşulmağı və başla oynamağı yaxşı bacarır. Bəzən ona bədən quruluşu mane olur. Uzun gövdəsi və qısa ayaqları onun sürətini məhdudlaşdırır. Lakin de Lixt öz zəif cəhətlərini bilir və bunun üzərində çalışır. O, sürət azlığına görə, düzgün mövqe tutur ki, sürətə ehtiyacı olmasın.
Həqiqət isə bundan ibarətdir ki, Mateys de Lixtə görə bir neçə milyon xərclənəcək. Bəlkə də o, yayda bununla da dünyanın ən bahalı müdafiəçisi ünvanına sahib çıxdı. Necə deyərlər, yaşayarıq, görərik...
oxu.az