Xəzər Xəbər

Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir

Veb TV | 15:40 • 21 Aprel 2019
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir

Ukraynada prezident seçkilərinin ikinci turunda müşahidə apardığım seçki məntəqələrində ciddi qanun pozuntuları qeydə alınmayıb.


Bunu AZƏRTAC-a açıqlamasında Ukraynada keçirilən prezident seçkilərini izləyən Azərbaycan Milli Məclisinin müşahidə missiyasının üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev söyləyib.


Deputat səsvermə başlayandan paytaxtda 10 seçki məntəqəsində müşahidə apardığını deyib. Bildirib ki, gün ərzində Kiyevdə daha 5 məntəqədə müşahidəçilik missiyasını yerinə yetirəcək.


"Müşahidə etdiyim məntəqələrdə seçicilərin səsverməyə marağını görürəm. Kiyev vaxtilə saat 14:00-da müşahidə etdiyim məntəqələrdə seçici fəallığı 30-33 faiz olub. Əsas odur ki, səsvermə prosesi sakit tərzdə keçir, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Çox oxunanlar