Yaz aylarında idman zallarında məşq etməyə gedənlərin sayı çoxalır. Kimi arıqlamaq üçün, kimisi isə normal bədən quruluşuna sahib olmaq üçün trenajor zallarına üz tutur. Bəs Bakıda idman zallarında məşq etmək neçəyə başa gəlir? Gündəlik və aylıq qiymətlər neçəyədir? Həmçinin idman müəllimi nəzarətində məşq etmək zəruridirmi?
Kimisi ağırlıq qaldırır. Kimisi isə idman müəllimi nəzarətində əzələllərini inkişaf etdirir.
Qış aylarında idmana gedənlərin sayı azalsa, da aprel-may aylarında trenajor zallarına üz tutanların sayı nəzərəçarpacdaq dərəcədə artır. Bu isə idman zallarında gündəlikl və aylıq məşq etməyin qiymətini gündəmə gətirir.
İdman müəllimi Kamil Əliyev deyir ki, paytaxtda bütün idman alətləri ilə təchiz olunmuş zallarda 1 dəfəlik məşqin qiyməti minmum 5 manatdan başlayır.
Kamil Əliyev deyir ki, normal bədən quruluşuna sahib olmaq istəyənlər adətən məşqçi nəzarətində idman etməyə üstünlük verirlər. Müəllim nəzarətində məşqin qiymətinə gəldikdə isə, Kamil Əliyev deyir ki, qiymətlər fərdi və qurup şəkilində olmağa görə müəyyən edilir.
Məşqçilər tövsiyyə edir ki, idmana yeni başlayanlar həftədə 3 dəfədən az olmayaraq məşq etsinlər.
Məşqçilər deyir ki, normal bədən quruluşuna sahib olmaq və onu davamlı saxlamaq üçün qidalanmaya xüsusi diqqət yetirmək məsləhətdir. Qızardılmış yenməklərdən, içkilərdən və fastfoodlardan istifadə məqsədəuyğun sayılmır
Kamil Əliyev deyir ki, 7-8 ay davamlı məşq etməklə istədiyiniz bədənə sahib ola bilərsiniz.