lənkəranlı bağban 1 ağacda 7 müxtəlif meyvə yetişdirib. o, ağaca calaq etməklə buna nail olub. bir ağacda yetişən həmin meyvələr dadına və ölçüsünə görə də fərqlənmir.
Limon, kinkan, feyxoa və başqa meyvələr. Bunların hamısı bir ağacda yetişir.
Lənkəranın Hirkan qəsəbəsində yaşayan Arif Kərimov bir ağacda 7 növ sitrus meyvəsi yetişdirib. Bağban buna ağaca calaq etməklə nail olub.
40 ildir bağçılıq təsərrüfatı ilə məşğul olan Arif Kərimovun sözlərinə görə, bu ağacda yetişən meyvələr digərlərindən fərlənmir. Həm dadı, həm də keyfiyyəti onlarla eyni olur. Bağban 2 ildir calaq etdiyi ağcdan meyvə də götürüb. İndi hələlik ağacda 2-3 cür meyvə olsa da, təsərrüfat sahibi mövsümünə uyğun olaraq digərlərinin də payızda bar verəcəyini deyir.
Arif Kərimov gələcəkdə alma və armud kimi digər meyvələri də bir ağacda yetişdirmək niyyətindədir.