Xəzər Xəbər

“Yaşıl dəhliz”dən nə qədər sahibkar istifadə edir? VİDEO

Veb TV | 19:34 • 20 Aprel 2019
“Yaşıl dəhliz”dən nə qədər sahibkar istifadə edir?

Gömrük sahəsində həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir. Bu ilfevralin 1-dən tətbiq edilən "Yaşıl dəhliz" sistemindən istifadə etmək üçün Komitəyə 500-dən çox müraciət daxil olub ki, onun 282-si müsbət cavablandırılıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bildirib.

Onun sözlərinə görə ixrac üzrə 123, idxal üzrə isə 159 şəxs bu sistemdən istifadə edir. Sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir.

İqbal Babayev vurğulayıb ki, həyata keçirilən islahatlar nəticəsində ''Yaşıl dəhliz'' sisteminin tətbiq edildiyi dövr ərzində ötən illə müqayisədə qeyri-neft məhsullarının ixracında artım var. Əgər ötən il 1-fevral-15 aprel aralığında 67min ton qeyri-neft məhsulu ixrac edilmişdisə, bu göstərici cari ildə 130 min ton təşkil edir.

İqbal Babayev qeyd edib ki, yaxın 1-2 ay ərzində Ağıllı sərhəd layihəsi tətbiq ediləcək

Gömrük sahəsində yeniliklər bununla bitmir. Belə ki,virtual gömrük ofislərinin təşkil edilməsi gözlənilir

Dövlət Gömrük Komitəsinin sədr müavini bildirib ki, bununla da sahibkarın müraciəti əsasında qərarvermədə gömrük əməkdaşının subyektiv yanaşmasını ləğv edəcək

Xəbər lenti

Çox oxunanlar