Bakıda qardaşının bıçaqladığı bacılardan digəri dəxəstəxanada vəfat edib.
XəzərXəbər-in məlumatına görə, hadisə aprel ayının 16-da paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.
Qadının meyiti tibbi ekspertizaya təqdim edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb.