Xəzər Xəbər

Elmə məlum olmayan məxluq tapılıb VİDEO

Veb TV | 16:14 • 20 Aprel 2019
Elmə məlum olmayan məxluq tapılıb

O, qaranlıqda sualtı aparatın qarşısına çıxıb və sonra yox olub

Hind okeanının dərinliklərindən elmə məlum olmayan varlıq tapılıb.Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin araşdırmaçıları Hind okeanının ən dərin hissəsində - şərq hissəsində araşdırma aparıblar.

Alimlər suyun dərinliyinin faunasını öyrənərkən dəniz biologiyası üçün yeni olan varlıq aşkar ediblər. Şahidlərin sözlərinə görə, xarici görkəminə görə, bu varlıq uzun ipi olan hava şarını xatırladır.

Məxluq qaranlıqda sualtı aparatın qarşısına çıxıb və sonra yox olub. O, okeanın 6500 metr dərinliyində aşkarlanıb.

Alimlər şara bənzər varlığı araşdırıb və belə qərara gəliblər ki, bu, 20 il əvvəl yapon bioloqlar tərəfindən görülən stalked ascidia növüdür. Ancaq alimlərin fikrincə, ascidia daha az dərinlikdə yaşayır.

Hind okeanında araşdırmalar davam edir. Okeanda yaşayan canlıların hamısı hələ tam öyrənilməyib.

Xəbər lenti

Çox oxunanlar