İldən-ilə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişafın təmin edilməsi anti-Azərbaycan qüvvələri daha da fəallaşdırıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman bir sıra beynəlxalq təşkilatlar çirkin kampaniyalar təşkil edirlər. "Trensparency İnternational", "Amnisty İnternational" və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yaymaqla Azərbaycana qarşı təzyiq göstərmək istəyirlər. Bu qurumların kimlərin sifarişini yerinə yetirdiyi bəllidir. Amma ölkədəki "5-ci kolon" da bu qarayaxma kampaniyasında canfəşanlıq edir.
Siyasi şərhçi Aydın Quliyev həmin qüvvələrin fəallaşmasını təsadüfi hesab etmir.
Ekspertin sözlərinə görə, Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi, görünür kimlərisə narahat edir.
Aydın Quliyev vurğulayıb ki, Azərbaycan ictimaiyyəti xarici anti-Azərbaycan və daxildəki "5-ci kolon"un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Bu cür kampaniyalar Avroviziya mahnı müsabiqəsi, habelə Avropa oyunları zamanı da təşkil edilmiş və uğursuzluğa düçar olmuşdu. Yenə də nəticə dəyişməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: