Xəzər Xəbər

Sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması asanlaşıb - VİDEO

Veb TV | 20:50 • 19 Aprel 2019
Sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması asanlaşıb -

"Sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi onların işini xeyli asanlaşdırıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və "ASAN xidmət"lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli deyib.

Onun sözlərinə görə, həyata keçirilən islahat tədbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin, o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, eləcə də fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində, "ASAN Kommunal" mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb.

Vüqar Eyvazlı həmçinin bildirb ki, sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün müraciətləri sürətlə artır. Bu ilin əvvəlindən 1300-dən artıq sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı "Azərişığ"a müraciət edib.

Sahibkar Elektron Hökumət Portalı üzərindən elektron və ya "ASAN İmza" ilə şəxsi kabinetinə daxil olur, VÖEN-ni və yaxud FİN nömrəsini daxil etdikdə ona məxsus məlumatları avtomatik əldə edir. Elektron müraciətlərin sənəd dövriyyəsi sistemi artıq "ASAN Kommunal"da qərarlaşan Texniki Şuranın da işinə inteqrasiya edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar