Şamaxı, Ağsu və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.
Xezerxeber.az-ın məlumatına görə, bu il fevral ayının 5-də və 6-da baş vermiş zəlzələnin fəsadları ilə bağlı Şamaxı, Ağsu və İsmayıllıdan ümumilikdə 8891 müraciət daxil olub.
Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda isə 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Müraciətlərdən 1272-si İsmayıllıya aiddir.
Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Digər evlərin də podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür.
Sürüşmə zonasında yerləşən evlər üçün də yeni torpaq sahələri ayrılacaq və orada yeni fərdi yaşayış evləri tikiləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: