Bazarlara yerli mövsümi məhsullar çıxarılıb. Alça və çiyəlik kimi yaz məhsulları artıq bazarlardakı piştaxtalarda yerini tutub.
Xezerxeber.az-ın məlumatına görə, çiyələyin 1 kiloqramı bazarda 4-5 manata satılır. Bu məhsul əsasən cənub bölgəsindən, daha dəqiqi Cəlilabaddan gətirilir. Bundan başqa, bazarlarda bir neçə növdə yeni məhsulları da görmək olur.
Nübarlıq məhsulların qiyməti isə alıcıları qanə edir.
Bazarlarda yerli lobyanı da görmək olar ki, bu məhsulun qiyməti 14 manatdır.
Satıcılar bildirir ki, havalar isindikcə həm bazarlara çıxarılan yerli məhsulların çeşidi artacaq, həm də qiymət enəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: