Masallıda 34 yaşlı kişi ehtiyatsızlıqdan özünü güllələyib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Masallının Köhnə Alvadı kəndində baş verib.
Kənd sakini Rafael İbişov ehtiyatsızlıq ucbatından ov tüfəngi ilə özünün döş qəfəsinə atəş açıb. Yaxınları dərhal onu Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Rafael İbişov əməliyyat olunub və güllə bədənindən çıxarılıb.
Hazırda Rafael İbişovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: