Bakıda keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrindən 3 mindən artıq nümayəndə gələcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanın sədrlik edəcəyi bu iclas 2019-cu il iyunun 30-dan iyulun 10-dək davam edəcək.
Nazir qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.
Əbülfəs Qarayev, həmçinin mədəniyyət sahəsində aparılan islahatlarla bağlı da danışıb. O bildirib ki, teatr və kino sahəsində xüsusi islahatlar aparılır. Bununla bağlı müəyyən işlər də artıq görülüb.
Qeyd edək ki, bu gün Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bu yaz özün bir təbiət yarat" devizli yaz ağacəkmə kampaniyası çərçivəsində baş tutub. Tədbirdə dövlət və hökumət rəsmiləri, tələbələr və sıravi vətəndaşlar iştirak ediblər. Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, badam, sərv və Eldar şamı ağacları əkilib.
Qeyd edək ki, aksiyada ümumilikdə 2 minə yaxın ağac əkilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: