Bu il Bakı Metropilitenində bir sira yeniliklər gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, bu il yeni qatarlar alınacaq, ventilyasiya sistemi yenilənəcək.
Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sisteminin quraşdırılmasına başlayıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.
Əvvəllər qatarların təmir edilməsi xarici ölkələrdə həyata keçirilirdisə, son bir neçə ildir ki, istər cari təmir, istərsə də əsaslı təmir Bakı Metropoliteninin əməkdaşları tərəfindən həyata keçirilir. Müəyyən yürüş məsafəsindən sonra qatarlar burda yenidən cari və ya əsaslı şəkildə təmir edilir. 2017-ci ilin noyabrından indiyədək 15 metro vaqonu və 3 qatar əsaslı təmir olunub.
Bakı Metropoliteninin depolar üzrə departament rəisi Faiq Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, qatarların gecikmə səbəbi adətən qapıların sərnişinlər tərəfindən saxlanılmasıdır. Onun sözlərinə görə, qapılar tutulan zaman qapı silindirləri xarab olur. Məhz bu səbəbdən də qatarlarda nasazlıq yaranır və depoya geri gətirilir.
Bu il həmçinin Bakı metropolitenində ilk dəfə olaraq qadın maşinistlərin də işə götürülməsi təmin eidlib. Hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərib.
Bu il həmçinin Bakı Metropoliteninin istismar müddətini başa vurmuş 7 ventilyatoru yenisi ilə əvəz ediləcək. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 2 dəfəyə qədər çox olacaq. Metropolitenin maşinistləri isə bu ildən yeni geyim formaları ilə xidmət həyata keçirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: