Xəzər Xəbər

Sükan arxasında yuxulayan sürücü qəza törədib - VİDEO

Veb TV | 12:15 • 7 Aprel 2019
Sükan arxasında yuxulayan sürücü qəza törədib -

Bakı-Sumqayıt şossesində sürücü avtomobilini yolayırıcı dəmirə çırpıb.

ONA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş verib.

Elvin Abidinov idarə etdiyi "Daewoo” markalı atomobildə qəfildən yuxuya gedib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Avtomobildeformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar