"Diqlas" ticarət mərkəzindəki yanğından sonra iri ticarət mərkəzləri və obyektlərin sığortalanmsı məsələsi gündəmə gəlib. Artıq Sahibkarlar Konfederasiyası bu istiqamətdə maarifləndirmə tədbirlərinə başlayıb. Həmçinin, banklardan sahibkarlar üçün güzəştli və az faizli kreditlərin verilməsi də müzakirə olunan məsələlər arasındadır.
İri ticarət mərkəzləri və obyekt sahiblərinin öz mülklərini sığorta elətdirməsi çox vacibdir. Bunu Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. Qurumun rəhbəri qeyd edib ki, bunun üçün sahibkarlar arasında maarifləndirmə xarakterli seminarlartəşkil edilir.
Məmməd Musayev vurğulayıb ki, ölkədəki bankların sahibkarlara güzəştli və az faizli kreditlər verməsi də müzakirə olunan məsələlər sırasındadır. O, deyib ki, bu istiqamətdə banklarlarla razılıq da əldə edilib.
Bu arada Ağstafada "Regionların inkişafında sahibkarlığın rolu" mövzusundaIII Regional Forum keçirilib. Forumda sahibkarları düşündürən məsələlər və onların həlli yolları müzakirə edilib.