Azərbaycanda bir neçə quş növünün adı dəyişdirilə bilər. Bu barədə məlumatı Zologiya İnstitutunun direktoru deyib. Adların dəyişdirilməsinə səbəb isəə bəzi quşların adlarının düzgün yazılmaması və tələfüzündə yol verilən səhvlərin qarşısını almaqdır.
Maygülü, Ördəktutan qızılquş, Qəşəng durna, Kölgəlik yarpaqgüdəni kimi tanınan quşların adı dəyişdirilə bilər.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilməsi təklif edilir. Səbəb isə bəzi quşların adlarının düzgün yazılmaması və tələfüzündə yol verilən səhvlərin qarşısını almaqdır.
İnstitutun direktoru Elman Yusifovun sözlərinə görə, ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib. Bundan başqa lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib. Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olması təklif edilir.
Adı dəyişdirlən quşlar arasındakölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır. Bundan başqa alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib. Trinqa - otluq cüllütü, bekas - meşə cüllütü, sterna - sümrü, sitta - fitçi, tixodrom - qaya quşu kimi dəyişdirilib. Elman Yusifovun sözlərinə görə, quş adlarının dəyişdirilməsi təklifinə Milli Elmlər Akademiyasının Bialogiya və Tibb Elimləri şöbəsi baxaaq qərar verəcək.