17 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən qətlə yetirilib.
Hadisə Lənkəranın Digah kəndində baş verib. Kənd sakini, 18 yaşlı Əkbər Quliyev martın 17-də həmkəndlisi, 17 yaşlı Şamil Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, idman fəndi işlədərək həmkəndlisinin boynunu sındırıb. Daha sonra isə meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikiliyə apararaq orada gizlədib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əkbər Quliyev saxlanılıb. Şamil Bağırovun meyiti də gizlədilən yarımçıq tikilidən götürülərək Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Masallıda isə ər həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. Hadisə Nəriman Nərimanov küçəsində baş verib. Rayon sakini, 45 yaşlı Nicat Şəbiyevlə həyat yoldaşı, 35 yaşlıGünay Şəbiyeva arasında ailə-məişət zəminində münaqişə yaranıb. Bu zaman Nicat Şəbiyev həyat yoldaşının qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Əvvələr də məhkum olunmuş Nicat Şəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.