Xəzər Xəbər

Ağdaş sakini tutuldu Qanunsuz şəkildə psixotrop dərmanlar satırdı - VİDEO

Veb TV | 19:28 • 6 Aprel 2019
Ağdaş sakini tutuldu

Psixotrop dərmanların satışı ilə məşğul olan şəxs saxlanılıb.

Əməliyyatı Ağdaş polisi keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 38 yaşlı Alim Quliyev saxlanılıb. Saxlanılan zaman onun üzərindən bir neçə ədəd pisixotrop dərman götürülüb. Daha sonra isə onun yaşadığı evə baxış keçirilib və oradan xeyli psixotrop maddə aşkarlanıb.

Alim Quliyev narkotik vasitəni və psixotrop dərmanları özü istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar