Xəzər Xəbər

Maraqlı aksiya: Məktəblilər əsgərlərə məktub yazır - VİDEO

Veb TV | 19:24 • 6 Aprel 2019
Maraqlı aksiya:

Oğuzdakı bir məktəbin kollektivi maraqlı aksiyaya başlayıb. Məktəblilər əsgərlərə məktub yazır, məktəb rəhbərliyi də həmin məktubları hərbi hissələrə catdırır. Məqsəd də ordumuzun əsgər və zabitlərinə mənəvi dəstək olmaqdır.

Bu sözlər bir məktəblinin əsgərlərə yazdığı məktubdandır. "Əsgərə məktub" adlı maraqlı aksiya Oğuz rayonundakı 3 saylı məktəbin kollektivi tərəfindən təşkil olunub. Məqsəd ordumuzun əsgər və zabitlərinə mənəvi dəstək olmaq, eyni zamanda məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Məktəblilər məktubda döyüş bölgəsində hərbi xidmətdə olan əsgərlərə öz ürək sözlərini yazırlar. Onlar hər zaman əsgərlərə güvəndiklərini və onlara dua etdiklərini bildirirlər.

Bütün məktublar üzərində "Əsgərə məktub" sözləri yazılmış qutulara atılır. Qutulardakı məktublar da mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən hərbi hissələrə catdırılır.

Xəbər lenti

Çox oxunanlar