Mingəçevirdə özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi tədim edən qadın peyda olub. O, yoxlama aparmaq adı ilə sahibkarları aldadıb və onlardan pul alıb. Məsələyə agentlikdən də münasibət bildirilib.
Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək sahibkarlardan pul yığır.
Mingəçevirdə özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edən 60-65 yaşlı qadın peyda olub. Fayilə İbrahimova adlı qadın kiçik marketlərdə özünü agentliyin Fakt araşdırıcı müəxəssisi kimi göstərərək yoxlama aparacağını bildirib. Sonra isə "20 manat versəniz sizə çek təqdim edib heç bir yoxlama aparmayacağam" deyib.
Qadın bir neçə mağaza sahibini bu cür aldadaraq pul alsa da, etirazla qarşılşdıqda ərazidən uzaqlaşaraq canını qurtarıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, onların Fayilə İbrahimova adlı əməkdaşı yoxdur. Agentliyin adından sui-istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslər barəsində hüquq-mühafizə orqanlarına məlumat veriləcək və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Qeyd edilib ki, bu cür hallarla üzləşən şəxslər agentliyin 1003 "Çağrı Mərkəzi"nə məlumat verə bilərlər.