Xəzər Xəbər

Marketlərdə farş ətdən 1-2 manat ucuzdur: Tərkibinə nə qatılır? - VİDEO

Veb TV | 19:34 • 6 Aprel 2019
Marketlərdə farş ətdən 1-2 manat ucuzdur:

Bəzi marketlərdə çəkilmiş ətin bir kiloqramı sümüklü ətdən ucuz qiymətə satılır. Halbuki çəkilmiş və ya qiymələnmiş ət sümüklü ətə nisbətən baha qiymətə satılmalıdır. Bu vəziyyətdə sual ortaya çıxır: necə olur ki sümüksüz ət sümüklüdən ucuzdur?

Sümüklü mal ətinin bir kiloqramı 10-11 manat, çəkilmişinin kiloqramı isə 9 manat 50 qəpik-10 manat 70 qəpik arasında dəyişir.

Paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi və ya qiymələnmişi sümüklü ətdən təxminən 1-2 manat ucuz təklif olunur.. Halbuki çəkilmiş ət sümüksüz olduğundan ətin özündən baha olmalıdır.

Elə sakinlər də bu məsələdə bir anormallığın olduğunu deyirlər.

Qəssablar da marketlərdə çəkilmiş məhsulun ətin özündən ucuz olmasını normal hesab etmirlər. Onlar deyirlər ki, ət dükanlarında çəkilmiş əti 12 manat 50 qəpik-13 manat arasında satırlar.

Mövcudqaydalara görə isə, ət yalnız alıcının, yaxud da baytar həkimin yanında sümükdən ayrılıb çəkiləbilər. Bununlayanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Buna görə də mütəxəssislər məsləhət görürlər ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.

Xəbər lenti

Çox oxunanlar