Xəzər Xəbər

Qanlı gölün ətrafı təmizlənir VİDEO

Veb TV | 19:13 • 6 Aprel 2019
Qanlı gölün ətrafı təmizlənir

Paytaxtın Yasamal rayonunda qanlıgölün yaxınlığındakı böyük bir ərazidən ətrafda yaşayan insanlar uzun illər qanunsuz zibillik kimi istifadə ediblər. Nəticədə ərazidə xoşagəlməz mənzərə yaranmışdı. Artıq həmin ərazinin təmizlənməsinə başlanılıb. Zibillik təmizləndikdən sonra ərazidə ağaclar əkiləcək.

Qalaq-qalaq yığılan zibillər ağır texnika vasitəsilə təmizlənir. Kadrlar paytaxtın Yasamal rayonundakı Qanlıgöl kimi tanınan ərazidəndir. Sovet dövründən toplanan məişət tullantıları və zibillər təmizlik ayı çərçivəsində ərazidən daşınır. Tullantıların bir hissəsi isə basdırılır.

Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Fəxri Hüseynov qeyd edib ki, işlər hələ bir neçə gün davam edəcək.

Zibillərin təmizlənməsinə 40-a yaxın texnika cəlb edilib. Fəxri Hüseynovun sözlərinə görə, sözügedən ərazi Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin təmizləməli olduğu zonaya aid deyil. Heç bir qeydiyyatda olmadığından və yaşayış məntəqələrindən kənarda yerləşdiyindən sakinlər oradan zibilxana kimi istifadə ediblər. Gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər görülüb...

Fəxri Hüseynov qeyd edib ki, ərazi tam təmizləndikdən sonra orada yaşıllıq zonası salınacaq.

 

Xəbər lenti