Xəzər Xəbər

Mingəçevirdə elə ağaclar var ki, şəhərin özündən də yaşlıdır VİDEO

Veb TV | 18:58 • 6 Aprel 2019
Mingəçevirdə elə ağaclar var ki, şəhərin özündən də yaşlıdır

Mingəçevirdə elə ağaclar var ki, şəhərin özündən də yaşlıdır. Həmin ağacların yanında xüsusi lövhələr qoyulub və onların əkildiyi il qeyd edilib. Sakinlər də bu ağaclarıqoruduqlarını bildirirlər.

Birinin 75, digərinin 90, ən yaşlısının isə 150-dən çox yaşı var.

Bunlar Mingəçevir ərazisində ucalan qocaman ağaclardır. Şəhərin müxtəlif hissələrində hündürlüyü, gövdəsinin qalınlığı ilə diqqət çəkən yaşlı təbiət inciləri qədim abidə kimi qorunur. Mingəçevirin ən uzunömürlü təbiət inciləri qovaq ağacları hesab edilir. Şəhər ərazisində ispan zeytunları da var ki, onların boyu uca olmasa da, 150 yaşı var. Ağacların yanındakı lövhələrdə onların əkildiyi il qeyd edilib.

Bu ağacların əksəriyyəti 1946-cı ildə salınmış Mingəçevir şəhərindən yaşlıdır.

Sakinlər də bu ağacları abidə kimi qoruduqlarını bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, şəhərdə uzunömürlü ağacların çox olmasında iqlim şəraitinin xüsusi rolu var.

Xəbər lenti

Çox oxunanlar