Trend-in məlumatına görə, hadisə təcili yardım maşınının dəmir yolu keçidinə çıxması nəticəsində baş verib.
Bildirilir ki, həkim və feldşer hadisə yerində həlak olublar, sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Prokurorluq hadisə ilə əlaqədar araşdırma aparır.