Azərbayacanda turizm sahəsində daha bir yenilik tətbiq edib.
Xezerxeber.az-ın məlumatına görə, turistlər üçün nəzərdə tutulan "Bakı Kart" ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində bildirilib ki, rəsmi şəhər kartı olan "Bakı Kart" 1 günlük , 3 günlük və həftəlik təqdim edilir.
Qiymətləri isə istifadə müddətinə uyğun olaraq 24, 45 və 70 manat təşkil edir.
Qeyd edilib ki, ilin sonuna kimi tərəfdaşlar daha da artacaq. Kartın istifadə müddəti ilk istifadə edildiyi andan etibarən hesablanır.
Müştəriyə kartla bərabər onun kitabçası da təqdim edilir. Kitabçada həm Bakı haqqında, həm də kartın istifadə qaydaları və tərəfdaşlar haqqında məlumat əks olunub. Sonda Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: