Xarici və yerli investorlar Azərbaycanın biznes mühiti ilə bağlı ən son və dəqiq məlumatları bir portala daxil olmaqla öyrənə biləcəklər.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet portalının təqdimat mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, yeni portal iş adamları üçün böyük imkanlar yaradır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə satınalmalarla bağlı interaktiv portalın yaradılmasını bu sahədə böyük addım adlandırıb. Onun sözlərinə görə, portal bir sıra istiqamətlərdə vaxt itkisinin qarşısını alır və bürokratik əngəlləri aradan qaldırır.
Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov isə bu sahədə həyata keçirilən islahatlardan danışıb və yaşıl dəhliz sistemindən artıq 200-ə yaxın sahibkarın iştirak etdiyinə diqqət çəkib.
Tədbirdə ədliyyə və vergilər nazirlərinin müavinləri çıxış edərək məhkəmə-hüquq sistemi və vergi sahəsində həyata keçirilən yeniliklərdən danışıblar. Tədbirdə beynəlxalq maliyyə qurumlarının nümayəndələri və ekspertlər də iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: