Xəzər Xəbər

İstismara verilməyən binaların sahibləri tələsməlidir - AÇIQLAMA - VİDEO

Veb TV | 20:21 • 5 Aprel 2019
İstismara verilməyən binaların sahibləri tələsməlidir -

Mənzil Tikinti Kooperativləri dövlət başçısının bu il fevralın 19-da çoxmənzilli binaların istismara verilməsinin asanlaşdırılması ilə bağlı fərmanından yararlanmaq üçün öncə aidiyyəti qurumlara müraciət etməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, prezidentin yaşayış olan, ancaq istismarına icazə verilməyən çoxmənzilli binaların sənədləşməsi üçün yaratdığı imkan bu ilin sonu başa çatır. Ona görə də bundan sonra tikinti şirkətləri işlərini qanuni şəkildə qurmalıdır ki, gələcəkdə hansısa problemlərlə üzləşməsinlər.

Dövlətxan Dövlətxanov deyib ki, indiyədək sənədləşməsində problemlər olan binaların sayı bəllidir.

Sədr müavini onu da bildirib ki, son bir ayda 30-dan çox tikintiyə komitə tərəfindən icazə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar