Xəzər Xəbər

NATO baş katibindən Azərbaycanla bağlı açıqlama - XİN-dən münasibət - VİDEO

Veb TV | 19:50 • 5 Aprel 2019
NATO baş katibindən Azərbaycanla bağlı açıqlama -

Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verib.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Alyansın baş katibi Yens Stoltenberq NATO-nun Vaşinqtonda keçirilən toplantısının yekun mətbuat konfransında açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Yens Stoltenberqin açıqlamasını şərh edərkən bildirib ki, ölkəmiz 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı missiyasının tərkibində xidmət edir. NATO baş katibinin açıqlamaları Azərbaycanın fəaliyyətinə verilən qiymətdir.

Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə, eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir. 2017-ci ilin oktyabrın 30-da açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir.

Qeyd edək ki, aprelin 3-4-də Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib.

İclas NATO-nun 70-ci ildönümünə həsr olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar