Bakının Nizami rayonunda yerləşən"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, ilkin yardım sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bu maddi yardımdan xidmət haqqı tutmayacaqlar.
Şahin Mustafayev obyekt sahiblərinin və onların işçilərinin bu müddət ərzində işsiz qalmamaları üçün ayrılan digər ticarət yerlərindən də danışıb. Qeyd edib ki, artıq bəzi sahibkarlar həmin ticarət mərkəzlərində fəaliyyətə başlayıblar.
Nazir onu da deyib ki, bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: