Bakıda avtomobilləri qarət edən şəxs saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, o, əvvəlcə maqnitafonu söküb, daha sonra isə yataraq avtomobildə qalıb.
Hadisə paytaxtın Xətai rayonunda baş verib. Səhər sahibi avtomobilə yaxınlaşarkən içində naməlum şəxsin yatdığını görüb. O, dərhal polisə məlumat verib. Əraziyə gələn polis avtomobildə yatıb qalan, əvvəllər məhkum olunmuş Rəhim Ələkbərovu saxlayıb.
Rəhim Ələkbərov avtomobildə olan maqnitafonu oğurladıqdan sonra maşında yatıb qalıb. Araşdırma zamanı məlum olub ki, o paytaxt ərazisində bir neçə avtomobilin yan şüşəsini qıraraq içindən 1200 manatlıq maqnitafon oğurlayaraq sahiblərinə maddi ziyan vurub.
Xətai rayonunda yerləşən geyim dükanlarından birindən də oğurluq edilib. Mağaza sahibi polisə müraciət edərək mağazanın yan pəncərəsinə bərkidilən kondisionerin çıxarıldığını və həmin hissədən obyektə daxil olan naməlum şəxsin dükandan ümumi dəyəri 4600 manat olan geyim əşyalarını oğurladığını bildirib. Polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmar Ağalarovu saxlayıb. O, paltarları satmaq məqsədi ilə oğurladığını etiraf edib.
Saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: