Xəzər Xəbər

Bakıda qohumlar arasında silahlı insident baş verib - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:28 • 4 Aprel 2019
Bakıda qohumlar arasında silahlı insident baş verib -

Bakıda silahlı insident olub.

Xezerxeber.az-ın məlumatına görə, yeni qohumlar arasında mübahisə əvvəlcə dava, daha sonra isə güllələnmə ilə nəticələnib.

Hadisə gecə paytaxtın Binəqədi rayonu ərazsində ''Çeşməli'' restoranında baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün öz atası Elnur Quliyevlə birlikdə, qaynatası Vəli Nəbiyev və onun qardaşı Elçin Nəbiyevi restorana dəvət edib. Çay sifariş edən qohumlar bir müddət sonra dava etməyə başlayıblar.

Polisin məlumatına görə, Elmar Quliyevin atası Elnur Quliyev üzərində olan "Ekolbotan" markalı pnevmatik idman tapançası ilə atəş açıb. Nəticədə 37 yaşlı Elçin Nəbiyev əlindən yaralanıb. O, əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş qardaş 44 yaşlı Vəli Nəbiyev isə kəllə beyin travması alıb. O da xəstəxanaya aparılıb. Onlara dərhal yardım edilib, həyatı təhlükəsi olmadığı üçün evə buraxılıblar.

Hadisə yerinə ərazi üzrə 4-cü polis şöbəsinin əməkdaşları gəlib, araşdırmalara başlayıblar.

Faktla bağlı Binəqədi rayon polis idarəsində xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyayla tətbiq etməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılaraq Elmar Quliyev, onun atası və dostu, eləcə də Elçin Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti