"Yeşilçam”ın əfsanəvi aktrisası Türkan Şoray Kadir İnanırdan incidiyini və onun paxıl insan olduğunu etiraf edib.
Aktrisa dünən onun üçün açılan rəsm sərgisində çıxış edib. Çıxışında səmimi açıqlamalar verən ulduz bir çox filmdə tərəf müqabili olduğu Kadir İnanır haqqında danışıb.
Türkan Şoray bildirib ki, 50 illik karyerasında oynamaqdan ən çox zövq aldığı tərəf müqabili Kadir İnanır olub. Daha sonra həmkarındann incidiyini dilə gətirib:
"İllərdir ki, onun adını çəkirəm. Amma o, heç vaxt adımı anmır. Odur ki, ona bir az küsmüşəm. Kadir çox paxıldır, sizcə də elə deyilmi? Nəysə zarafat etdim, zarafatdır”.
Onun üçün hazırlanmış sərgidən çox təsirləndiyini və "Bu sevgi ilə 100 ilı yaşayaram” deyən Türkan Şoray özünü gözəl və ulduz hesab etmədiyini də deyib./publika.az